<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>75</hymn_number>
<lyrics>[V1]
 Minnətdaram Sənə mən, ey İlahi,
 Mənim Yaradanım, sevgili Tanrım.
 Aç gözlərimi, qoy Səni tanıyım,
 Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!

[V2]
 Gözün nuru, qəlbin atəşi Sənsən,
 Zövq alıram əllərinin işindən.
 Səni sevən dönə bilərmi Səndən?
 Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!

[V3]
 Sən insana ən böyük dost, yoldaşsan,
 Cana məlhəm, dərdi duyan sirdaşsan,
 Zəifl ərə dayaq, ərlərə başsan,
 Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!

[V4]
 Xoşbəxtliyə təməl, sülhə açarsan,
 Zülməti qovaraq nurlar saçarsan.
 Hökmün qüdrətli, əbədi varsan,
 Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!

[V5]
 Necə cazibəli, necə gözəlsən,
 Hər şeyi Yaradan, İlksən, Əzəlsən.
 Hamıdan izzətli, uca, yüksəksən,
 Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!</lyrics>
<title>Minnətdaram Sənə mən İL75</title>
</song>